Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərinin ümumtəhsil məktəblərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

07 may 2019 | 16:00

06-07 may 2019-cu il tarixlərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Naftalan şəhərinin ümüumtəhsil məktəblərində  silsilə tədbirlər keçirilib.
   Tədbirdlərdə çıxış edən natiqlər zəngin və mənalı həyat yaşamış Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin hər kəs üçün örnək olduğunu vurğulayıblar. Məhz onun qətiyyəti, əzmkarlığı sayəsində Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxladığı və inkişaf etdirdiyi vurğulanıb. Ümummilli Liderin əsasını qoyduğu uğurlu sosial-iqtisadi xəttin hazırda cənab Prezident  İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyi bir daha qeyd edilib.
    Tədbirlərdə şagirdlər Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalarla  çıxış ediblər.Həmçinin tədbirlərdə şagirdlər tərəfindən hazırlanmış sərgilər nümayiş etdirilib.

Keçidlər