Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib.

01 may 2019 | 16:00

 Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə məktəbin direktoru Faiq Rüstəmov açaraq qeyd edib ki, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi klassik Azərbaycan poeziyasında öz yaradıcılıq yolu ilə seçilən, anadilli poeziyamızın inkişafında müstəsna xidmətləri olan söz ustadıdır. İdealları uğrunda mübarizə aparan, hətta son nəfəsində də öz ideyasından dönməyən bu böyük tarixi şəxsiyyətin irsi altı əsrdir ki, öyrənilir.
     Tədbirdə çıxış edən digər natiqlər İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat veriblər.
    Tədbirdə şagirdlər tərəfindən  İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, Nəsimi filmindən fraqmentlər və Nəsimi rolunun ifaçısı Azərbaycan Respublikasının xalq artisti Rasim Balayevin çıxışı səsləndirilib.


 

Keçidlər