Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Əmək yarmarkası” təşkil olunub.

01 may 2019 | 16:00

    01 may  2019-cu il tarixdə  Naftalan şəhər Məşğulluq Mərkəzində  şəhər İcra Hakimiyyətinin və şəhər Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə  iş axtaran şəhər sakinlərinin müvafiq  iş yeri tapmaq və ya ictimai ödənişli işlə təmin olunma imkanı əldə etmələri məqsədilə “Əmək yarmarkası” keçirilib.

   Yarmarkada 8-i dövlət, 2-si isə qeyri-dövlət olmaqla şəhərdə fəaliyyət göstərən 10 idarə və təşkilatdan 125 boş iş yeri təqdim olunub. Yarmarkada 155  nəfər işaxtaran şəhər sakini iştirak edib. Onlardan 53 nəfərə daimi işlə təmin olunmaları üçün göndəriş verilib və  25 nəfəri işlə təmin olunub.

Keçidlər