Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi kapitan Vaqif Bayramovun üçüncü ildönümü qeyd olunub

11 aprel 2019 | 16:00

 11 aprel 2019-cu il tarixdə şəhid kapitan Vaqif Bayramovun üçüncü  ildönümü ilə bağlı tədbir keçirilib.Tədbirdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Arzu Məmmədov, şəhər İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri,şəhidin ailə üzvləri, şəhər ictimaiyyəti iştirak ediblər.
       Tədbir iştirakçıları ilk olaraq şəhidin şəhər qəbiristanlığındakı məzarını ziyarət edərək qəbri üstünə gül dəstələri,qərənfillər düzərək xatirəsini dərin ehtiramla yad ediblər.
       Daha sonra tədbir Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin akt zalında davam etdirilib. Tədbir  açıq elan edildikdən sonra Azərbaycan Respublikasının dövlət  himni səsləndirilib. Himnin ardınca şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
     Tədbirdə çıxış edənlər şəhid Vaqif Dilqəm oğlu Bayramovun mənalı həyat və şərəfli döyüş yolundan, qəhrəmanlıq və şəhidlik zirvəsinə gedən yol haqqında danışıb və şəhidlərin xatirəsinin hər zaman xalqımızın qəlbində yaşayacağını söyləyiblər.
       Tədbirin sonunda şagirdlərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Keçidlər