Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda şəhid kapitan Vaqif Bayramovun xatirəsinə həsr olunan atletika idman növü üzrə yeniyetmələr arasında şəhər birinciliyi keçirilib.

10 aprel 2019 | 16:00

Naftalan şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə  şəhid kapitan Vaqif Bayramovun xatirəsinə həsr edilmiş “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” adlı atletika idman növü üzrə 2004-2005, 2006-2008-ci il təvəllüdlü yeniyetmələr arasında şəhər birinciliyi keçirilib. İlk olaraq şəhər idman ictimaiyyətindən bir qrup  nümayəndə qəhrəman şəhidimizin məzarını ziyarət edib, məzarı üstünə tər qərənfillər düzərək əziz xatirəsini yad ediblər.
     Kapitan Vaqif Bayramovun xatirəsinin yad edilməsi, atletika idman növünə marağın artırılması və istedadlı idmançıların aşkar edilməsi məqsədilə təşkil edilmiş yarışda qaliblər Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif olunublar.

Keçidlər