Şriftin ölçüsü :

Saytın rəngi :

“Novruz bayramı” münasibətilə şəhərin ümumtəhsil məktəblərində və şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində tədbirlər keçirilib.

18 mart 2019 | 16:00

 18 mart 2019-cu il tarixdə şəhərin ümumtəhsil məktəblərində və şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində “Novruz bayramı”  münasibətilə  tədbirlər keçirilib.
       Tədbirlərdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi vurğulanıb.
        Bayram şənliklərində şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirlərə rəngarənglik qatıb.

Keçidlər