Şriftin ölçüsü :

Saytın rəngi :

Körpələr evi-uşaq bağçasında Novruz bayramı münasibətilə tədbir keçirilib.

18 mart 2019 | 16:00

 18 mart 2019-cu il tarixdə Naftalan şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasında Azərbaycan xalqının milli adət ənənələrini özündə birləşdirən xalqımızın qədim bayramı olan Novruz bayramı qeyd olunub. Tədbiri giriş sözü ilə Körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Hüseynova açaraq uşaqları, onların valideynlərini, bağçanın kollektivini və tədbirə dəvət almış qonaqları bayram münasibətilə təbrik etmiş, onlara əmin-amanlıq, ruzi-bərəkət və firəvan həyat arzulayıb.
     Bayram şənliyində uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub. Novruza, baharın şəninə şeirlər, mahnılar, rəqslər ifa edilmiş, səhnəciklər göstərilib.Şənliyin ən maraqlı anları isə Bahar qızın gəlişi, kosa ilə keçəlin çıxışları olmuşdur. Onlar öz məzəli sözləri, hərəkətləri ilə uşaqlara sevincli anlar yaşatmışlar.

Keçidlər