Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər Uşaq Musiqi məktəbində “Novruz bayramı” münasibətilə tədbir keçirilib.

16 mart 2019 | 16:00

 15 mart 2019-cu il tarixdə Naftalan şəhər Uşaq Musiqi məktəbində “Novruz bayramı“ münasibətilə tədbir keçirilib. Tədbirdə musiqi məktəbinin direktoru Almaz Əliyeva çıxış edərək müəllim və şagird kollektivini təbrik edərək onlara xoş arzularını çatdırıb. Daha sonra çıxış edənlər bu cür tədbirlərin əhəmiyyətinə diqqət çəkib, milli adət-ənənələrin yeniyetmə və gənc nəsil tərəfindən mənimsənilməsinin önəmli olduğunu vurğulayıblar.
    Bayram tədbirində Azərbaycan xalq mahnı və rəqsləri, müxtəlif alətlərdə fərdi ifalar, məktəbin xor kollektivlərinin ifasında bayrama aid mahnılar, hakıştalar səsləndirildi. Tədbirin sonunda kosa və keçəlin yumoristik səhnəciyi dinləyicilərdə xüsusi bayram əhval- ruhiyyəsi  yaratdı.

 

Keçidlər