Şriftin ölçüsü :

Saytın rəngi :

Cüdo idman növü üzrə Naftalan şəhər açıq birinciliyi keçirilib.

05 mart 2019 | 16:00

    "05 mart - Bədən tərbiyəsi və İdman günü" münasibətilə 02 mart 2019-cu il tarixdə cüdo idman növü üzrə Naftalan şəhər açıq birinciliyi keçirilib. "05 mart - Bədən tərbiyəsi və İdman günü"nün qeyd edilməsi, cüdo idman növünə marağın artırılması və istedadlı idmançıların aşkar edilməsi məqsədilə keçirilən yarış 2006-2008-ci il təvəllüdlü cüdoçular arasında təşkil edilmişdir. Açıq şəhər birinciliyində Naftalan, Mingəçevir, Xocalı şəhərlərindən və Goranboy rayonundan ümumilikdə 60-dan çox idmançı iştirak edib. Beynəlxalq Cüdo Federasiyasının qaydalarına əsasən keçirilən yarışda komanda hesabında Goranboy rayon komandası I yeri, Naftalan şəhər komandası II yeri, Mingəçevir şəhər komandası isə III yeri qazanıb. Qaliblər Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif olunublar.

Keçidlər