Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı Faciəsi”nin iyirmi yeddinci ildönümü ilə əlaqədar şəhərin tam orta məktəblərində və şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində anım tədbirləri keçirilib.

23 fevral 2019 | 16:00

21-22 fevral 2019-cu il tarixlərdə şəhərin tam tam orta məktəblərində və şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə bağlı anım tədbirləri  keçirilib.
    Tədbirlərin keçirilməsində məqsəd ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma vətənə sevgi, məhəbbət hislərini aşılamaq, şagirdlər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri onlara çatırmaqdır
      Tədbirlərdə çıxış edənlər Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu qeyd etdilər,erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirdilər. Tədbirdə  şagirdlərin ifasında Xocalı faciəsi ilə bağlı ədəbi-bədii kompozisiyalar  nümayiş olunub.Həmçinin məktəblərdə şagirdlərin iştirakı ilə Xocalı faciəsinə həsr edilmiş rəsm müsabiqələri keçirilib. Məktəblərin divar qəzetləri və bülletenləri faciəni əks etdirən məqalələr və fotoşəkillərlə işıqlandırılıb.

Keçidlər