Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər uşaq musiqi məktəbinin “Vətənpərvərlər” qrupu I yerə layiq görülüb.

22 fevral 2019 | 16:00

  02 fevral 2018-ci il tarixdə Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Gənclər Günü münasibətilə musiqi müsabiqəsi keçirilib. Müsabiqədə Gəncə və Naftalan şəhərlərinin, Göygöl, Daşkəsən, Goranboy, Bərdə, Gədəbəy, Tərtər, Xocavənd, Ağcabədi, Tovuz, Beyləqan, Şəmkir, Ağstafa, Qazax rayonlarının nümayəndələri iştirak edib. Müsabiqəyə 264 istedadlı gənc və hərbi qulluqçu qatılıb.
     Müsabiqədə şəhərimizi təmsil etmiş Naftalan  şəhər  uşaq  musiqi  məktəbinin  “Vətənpərvərlər” qrupu  “Bədii qiraət” nominasiyası üzrə  177617  (38,36 %)  səslə  I  yerə  layiq  görülmüşdür. “Vətənpərvərlər” qrupu Naftalan  şəhər  sakini  şəhid  kapitan  Vaqif  Bayramovun  xatirəsinə  həsr  edilmiş “İntiqam  gününə  az  qalıb  daha” kompozisiya ilə çıxış ediblər.
    21 fevral 2019-cu il  tarixdə  Naftalan şəhər  uşaq  musiqi  məktəbində Naftalan Şəhər İcra Hakimiyyətinin, Gəncə  Qarnizonu  Zabitlər  Evinin nümayəndələrinin və şəhid kapitan Vaqif Bayramovun ailə üzvlərinin iştirakı ilə tədbir keçirilib.Tədbirdə çıxış edənlər qazandıqları uğur münasibətilə Naftalan  şəhər  uşaq  musiqi  məktəbinin  “Vətənpərvərlər” qrupunu təbrik etdilər və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
     Sonda qalib olmuş “Vətənpərvərlər” qrupuna Naftalan şəhər İcra Hakimiyyəti başçısının adından, Gəncə  Qarnizonu  Zabitlər  Evinin rəhbərliynin adından adından  diplomlar və hədiyyələr  təqdim olundu.

Keçidlər