Şriftin ölçüsü :

Saytın rəngi :

Körpələr evi-uşaq bağçasında Xocalı faciəsinin iyirmi yeddinci ildönümü qeyd olundu.

21 fevral 2019 | 16:00

21 fevral 2019-cu il tarixdə Naftalan şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasında  Xocalı faciəsinin iyirmi yeddinci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Xocalı faciəsinin Azərbaycanın tarixində kədərli bir səhifə, insanlığa qarşı törədilmiş qəddar terror hadisəsi olduğunu qeyd edildi. Sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
   Çıxış edən natiqlər xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalar barədə həqiqətləri ilk öncə övladlarımıza, sonra bütün dünyaya çatdırmağın, gələcək nəsillərə əyani surətdə göstərməyin və ictimaiyyət arasında onların təbliğinin genişləndirilməsinin vacibliyini vurğuladılar.
     Sonda uşaqların ifasında ədəbi-bədii kompozisiya təqdim edilmişdir və soyqırıma aid şerlər söylənilmişdir.

 

Keçidlər