Şriftin ölçüsü :

Saytın rəngi :

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Naftalan şəhərində vətəndaşları qəbul edib

15 fevral 2019 | 16:00

15 fevral 2019-cu il tarixdə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Naftalan şəhərində vətəndaşları qəbul edib.
     Qəbulda Naftalan şəhərinin sakinləri ilə yanaşı Mingəçevir şəhər, Yevlax, Ağdaş, Goranboy rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.
DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.
     Görüşdə əsasən ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya qəbul, buraxılış imtahanları və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının yeni qaydaları, əvvəlki illərin məzunlarının kolleclərə qəbulu, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciətlər edilib.
       Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
     Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

 

Keçidlər