Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda əhalinin pulsuz tibbi müayinəsinə başlanılıb

11 fevral 2019 | 16:00

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevralın ayının 11-dən başlayaraq Naftalanda əhalinin pulsuz tibbi müayinəsinə başlanılıb. Keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxana lazımi avadanlıqlarla tam təchiz olunmuş, vətəndaşların rahatlığı üçün bütün lazımi şərait yaradılmış, o cümlədən şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmışdır.
      Müayinənin ilk günündə qrafikə uyğun olaraq tibbi müayinə təşkil edilib. O cümlədən xəstəxanaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədilə tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Tibbi müayinənin davam etdiyi müddətdə rentgen, elektrokardioqrafiya, ultrasəs, stomatoloji və digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərəcəkdir.
     Müayinələr əsasən həkim terapevt, stomotoloq, kardioloq, ginekoloq tərəfindən həyata keçirilir. Bundan başqa diabetik xəstələr üçün qan təhlili müayinələri də aparılır. İlk gündə 152 nəfər sakin tibbi müayinədən keçib.
   Bu aksiya  çərçivəsində şəhər üzrə 18 yaşdan yuxarı 7 mindən çox sakinin müayinədən keçirilməsi nəzərdə tutulur.

Keçidlər