Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda "2 fevral-Gənclər günü" qeyd olundu.

31 yanvar 2019 | 16:00

31 yanvar 2019-cu il tarixdə Naftalan şəhərində  Naftalan Şəhər İcra Hakimiyyətinin, YAP Naftalan şəhər Təşkilatının və şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "2 fevral-Gənclər günü" münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları ilk olaraq ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda dahi öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək  önünə çiçək  düzüblər.  
      Tədbir Naftalan Şəhər İcra Hakimiyyətinin akt zalında davam edib. YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin sədri Aynurə Novruzova çıxış edərək tədbiri açıq elan etdi.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
    Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov çıxış edərək əlamətdar gün münasibətilə gəncləri təbrik edərək onlara uzun ömür, can sağlığı və Azərbaycanın çiçəklənməsi naminə uğurlar arzulayıb. Natiq çıxışında bu günün Ulu Öndərimiz tərəfindən gənclərə hədiyyə edildiyini diqqətə çatdırmışdır. O, bu gün Azərbaycan gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində gənclərin mühüm rol oynadığını bildirmişdir.
    Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev gəncləri təbrik edərək,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu gənclər siyasətindən, gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakından danışdı.
     Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəis əvəzi Elman Şərəfxanov gənclər gününün yaranma tarixi, dövlət gənclər siyasətinin əsasının qoyulması və gənclər siyasətinin həyata keçirilməsinin uğurlarından danışdı.
     Sonra Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov tərəfindən idman yarışlarında uğur qazanmış bir qrup gənc və onların məqçi-müəllimləri diplom və qiymətli hədiyələrlə mükafatlandırıldı.
     Sonda YAP Naftalan şəhər təşkilatına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

 

Keçidlər