27 dekabr 2018-ci il tarixdə Naftalan şəhərində “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il “ bayramı münasibətilə ümumşəhər bayram tədbiri keçirilib.
Tədbirdə çıxış edən natiqlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun əhəmiyyətindən, əlamətdar gün ilə bağlı Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıblar. Tədbirdə həmçinin xarici turistlər də iştirak ediblər və hər iki bayram münasibətilə şəhər sakinlərinə xoş arzularını çatdırıblar.
Tədbir bayram konserti ilə davam etdirilib. Tədbirin sonunda şaxta baba uşaqlara bayram hədiyyələri paylayıb.