Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü qeyd olunub.

21 noyabr 2018 | 16:00

   21 noyabr 2018-ci il tarixdə Naftalan Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının 26-cı il dönümü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
        Naftalan şəhər Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Rövşən İbrahimov çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. O qeyd etdi ki,YAP-ın yaradıcısı,Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün  onun layiqli davamçısı Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev uğurla davam etdirir.             
      Sonra Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli və keşməkeşli tarixindən danışdı.
      O, bildirdi ki,  Yeni Azərbaycan Partiyasının Naftalan şəhər təşkilatı 1995-il iyun ayının 19-da təsis olunmuşdur. YAP Naftalan şəhər təşkilatı 37 ərazi ilk partiya təşkilatında 1267 nəfər üzvünü birləşdirir. Onlardan 748 nəfərini qadınlar təşkil edir. O cümlədən üzvlərdən 366 nəfəri gənclərdir. Üzvlərimizin sayı durmadan artmaqdadır.
       Tədbirdə YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin sədri Aynurə Novruzova çıxış edərək qeyd etdi ki, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkənin, regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu,  keyfiyyət və kəmiyyət baxımından gündən – günə zənginləşir. YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların da  mütləq əksəriyyəti də gənclərdən ibarətdir.
     Tədbirdə bir qrup YAP üzvüləri Yeni Azərbyacan Partiyasi Naftalan şəhər təşkilatının ictimai-siyasi fəaliyyətində aktiv iştirakına görə diplomla təltif edildilər.

 

Keçidlər