Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdimetmə mərasimi olub

03 oktyabr 2018 | 16:00

 02 oktyabr 2018-ci il tarixdə Naftalan şəhər İcra Hakimiyyətində  Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə  təltif olunan Məmmədov Suliddin Ələkbər oğlunun “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdimetmə mərasimi keçirilib.
   Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov tədbirdə çıxış edərək mükafata layiq görülməsi münasibətilə Suliddin  Məmmədovu  təbrik etdi və ona fəaliyyətində uğular arzuladı.
    Daha sonra təltifçi Suliddin Məmmədov çıxış edərək belə bir mükafata layiq görüldüyü üçün ölkə prezidenti cənab İlham Əliyevə və Şəhər İcra Hakimiyyətinin başçısı cənab Rövşən İbrahimova  öz dərin təşəkkürünü bildirdi.Tədbirdə çıxış edən digər natiqlər Suliddin Məmmədovu təbrik edərək qeyd etdilər ki,belə bir mükafatın Suliddin Məmmədova verilməsi təkcə ona yox, bütün əməkdaşlara verilən bir dəyərdir.
    Tədbirin sonunda mükafat sahibinə təqdim olundu.

Keçidlər