Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanlı idmançılar MİXED silat idman növü üzrə keçirilən Avroasiya çempionatında uğurlu çıxış ediblər.

24 sentyabr 2018 | 16:00

  20-21 sentyabr 2018-ci il tarixlərdə Qazaxıstan Respublikasının Çimkent şəhərində MİXED silat idman növü üzrə keçirilən Avroasiya çempionatında Naftalan şəhər Gənclər və idman idarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in məşqçi-müəllimi Adıgözəlov Seymur Avzər oğlu və şəhərimizin idmançısı Cəfərov Elxan Eyvaz oğlu da iştirak ediblər. 80 və 62 kq çəki dərəcələrində yarışa qatılan idmançılarımız çempionatda uğurlu çıxış edərək II yeri qazanıblar. Hər iki idmançımızı bu münasibətilə təbrik edir və yeni-yeni nailiyyətlər arzulayırıq. 

Keçidlər