Şriftin ölçüsü :

Saytın rəngi :

Özbəkistanın “Dunyo Boylab” telekanalında Naftalana dair veriliş nümayiş olunub

30 avqust 2018 | 16:00

Özbəkistanın “Dunyo Boylab” telekanalında tanınmış jurnalist, mədəniyyət və turizm üzrə populyar verilişlərin müəllifi Elmira Tuxvatillinanın Azərbaycana səfəri zamanı hazırladığı veriliş nümayiş etdirilib. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, “Dunyo Boylab” telekanalında bu istiqamətdə artıq 6 veriliş nümayiş olunub və silsilə verilişlər davam edir.
      Bildirilib ki, mediaturun əsas məqsədi Azərbaycan həqiqətləri, ölkəmizin əldə etdiyi nailiyyətlər, habelə tariximiz, mədəniyyətimiz, turizm imkanlarımız haqqında Özbəkistan auditoriyasını ətraflı məlumatlandırmaqdır. Mediaturda iştirak edən özbək jurnalistlər Bakıdan başqa, respublikamızın digər regionlarında, o cümlədən İsmayıllı, Qəbələ, Şəki, Gəncə, Göygöl, Naftalan şəhərlərində görüşlər keçirib, çəkilişlər aparıb, bu bölgələrin tarixi, mədəniyyəti, turizm imkanları barədə reportajlar hazırlayıblar.

Keçidlər