Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirildi

29 avqust 2018 | 16:00

29 avqust 2018-ci il tarixdə Naftalan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində şəhərin ümumtəhsil orta məktəblərini 2017-2018-ci tədris ilində bitirib ali məktəblərə qəbul olunmuş abituriyentlərlə görüş keçirilib.Görüşdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov, şəhər İcra Hakimiyyətinin və şəhər təhsil şöbəsinin nümayəndələri, şəhərin ümumtəhsil məktəblərinin direktorları, şəhər  ictimaiyyətinin nümayəndələri, tələbə adını qazanmış gənclər və  onların valideynləri iştirak ediblər.    
     Tədbirdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov çıxış edərək ali məktəblərə qəbul olunmuş  tələbələri,  onların valideynlərini, müəllimlərini təbrik etdi və gənclərə yenicə qədəm qoyduqları tələbəlik həyatında müvəffəqiyyətlər arzuladı.
     Naftalan şəhər Təhsil şöbəsinin müdir əvəzi Rəna Dəmirova “2017-2018-ci tədris ilində təhsildə uğur və naliyyətlərimiz” mövzusunda geniş çıxış etdi.
     Tədbirdə məktəb direktorları, müəllimlər, valideynlər  və şəhər ictimaiyyətinin nümayədələri çıxış edərək tələbə adını qazanan gəncləri təbrik edib, onlara ən xoş arzularını bildiriblər.
       Sonda tələbə adını qazanmış  gənclərə  diplomlar, pul mükafatları və xatirə hədiyyələri təqdim olunub.

Keçidlər