Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblərdə "Son zəng" çalındı

14 iyun 2018 | 16:00

14 iyun 2018-ci il tarixdə Naftalan şəhərinin ümumtəhsil məktəblərində sonuncu zəng çalınıb. Məktəblərin "Son zəng" mərasiminə şəhər İcra Hakimiyyətinin və Təhsil şöbəsinin məsul işçiləri də qatılıb. Mərasim Dövlət himninin səsləndirilməsiylə başlayıb.
     Tədbirdə iştirak edən Təhsil şöbəsinin rəhbərliyinin, qabaqcıl müəllimlərin, valideynlərin, əlaçı şagirdlərin çıxışları dinlənilib. Çıxış edənlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb
    Son zəngin çalınması musiqi sədaları altında səmaya rəngbərəng şarların buraxılması ilə müşayət olunub. Eyni zamanda  ümumşəhər tədbirlərində fəal iştiraklarına   və təhsildəki uğurlarına görə bir qrup şagirdə  diplom və fəxri fərmanlarla təltif olunub.

Keçidlər