Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda növbəti səyyar görüş keçirilib

12 iyun 2018 | 16:00

 12 iyun  2018-ci il  tarixdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov  növbəti səyyar görüşünü şəhərin Qaşaltı Qaraqoyunlu kəndinin sakinləri ilə  keçirib. Səyyari görüşdə şəhər rəhbəri ilə yanaşı, şəhər icra hakimiyyətinin məsul işçiləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi ,dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
        Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı sakinlərin problemlərini dinlədi
     Qəbula gələn vətəndaşlar kəndarası yollarda təmir-bərpa işlərinin aparılmasına, yaşadığı evə telefon xəttinin çəkilişinə, kəndin yüksəkliyində su anbarının tikilməsinə və anbardan evlərə su xəttinin çəkilib  sayğac quraşdırılmasına  köməklik göstərilməsini xahiş etdilər.
     Qəbulda qeyd olunan məsələlərin həll olunması məqsədilə aidiyyatı üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

Keçidlər