Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərinin ümumtəhsil məktəblərində “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı silsilə tədbirlər keçirilib

01 iyun 2018 | 16:00

    01 iyun 2018-ci il tarixdə şəhərin ümumtəhsil məktəblərində “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”  ilə bağlı silsilə tədbirlər keçirilib.Tədbirlərdə Naftalan şəhər İcra Hakimiyyətinin və şəhər təhsil şöbəsinin nümayəndələri,məktəb direktoları,müəllimlər və şagirdlər iştirak ediblər.
    Tədbirlərdə çıxış edən natiqlər  uşaqları təbrik edərək qeyd ediblər ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunaraq hüquqları müdafiə olunur.
     1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlərdə məktəblərin şagirdləri tərəfindən hazırlanmış  rəngarəng mahnı, şeir və rəqs nömrələri nümayiş olundu.İl ərzində əla qiymətlərinə və ictimai işlərdə fəal iştirakına görə fərqlənən şagirdlər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
     Həmçinin Naftalan şəhər S.Vurğun adına 2 nömrəli   tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçirilmiş  rəsm müsabiqəsinin qalibləri Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən diplom və qiymətli hədiyələrlə mükafatlandırılıblar

Keçidlər