Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü Körpələr evi-Uşaq bağçasında qeyd olunub

01 iyun 2018 | 16:00

 1 iyun 2018-cı il tarixdə Naftalan şəhər V.Namazov adına Körpələr evi-Uşaq bağçasında 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə  tədbir keçirilib.
      Uşaqları bu gün münasibətilə ilə təbrik edən Körpələr evi-Uşaq bağçasının müdiri Kəmalə Hüseynova qeyd edib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən öndə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub. qeyd edib ki, dünyanın hər yerində olduğu kimi Respublikamızda da uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir.Uşaqları qorumaq, onlara qayğı göstərmək, müdafiə etmək hər bir vətandaşın borcudur. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi Afət Mustafayeva çıxış edərək uşaqları bu bayram münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırdı. 
    Sonra Körpələr evi-Uşaq bağçasında balaca fidanların hazırladığı bayram konserti keçirilib. Uşaqların hazırladığı proqram tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Uşaqlardan ibarət rəqs qrupları, şən və hazırcavab balacalar çıxış edərək şeirlər və mahnılar səsləndiriblər

Keçidlər