Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər uşaq musiqi məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

24 may 2018 | 16:00

24  may  2018-ci il tarixdə  Naftalan  şəhər  uşaq  musiqi  məktəbində  Azərbaycan  Xalq Cümhuriyyətinin  100 illik  yubileyi  münasibətilə “Dur  ayağa  məmləkətim,  qalx   ayağa  millətim !”  adlı  tədbir  keçirilib.
     Məktəbin  direktoru   Almaz Əliyeva  tədbiri  açıq  elan  edərək  tədbir  iştirakçılarını “28  may  Respublika  günü”  münasibətilə  təbrik  etdi.Sonra  məktəbin  müəllimi  Taliyə  Şahmuradova  tədbir  iştirakçılarına  Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaranması  və  fəaliyyəti  barədə  məlumat  verdi.Tədbirdə  məktəbin  şagirdlərindən  ibarət  konsert  proqramı  dinlənilib. Şagirdlərin  ifasında  Azərbaycan  xalq  mahnı  və  rəqsləri,dünya  bəstəkarlarının  əsərləri, vokal  qrupların  çıxışları,  müxtəlif  alətlərdə  solo   ifalar  dinləyicilər  tərəfindən  rəğbətlə  qarşılanıb.

Keçidlər