Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Naftalan şəhərində qeyd edilib

25 may 2018 | 16:00

      25 may 2018-ci il tarixdə Naftalan şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş ümumşəhər tədbiri keçirilib.Tədbiri Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov açaraq tədbir iştirakçılarını Cümhuriyyətin 100 illiyi  münasibəti ilə  təbrik etdi . Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov Azərbaycan Xalq Cumhuriyyətinin dövlətçilik tariximizdə xüsusi yeri olduğunu və tariximizin bu mərhələsinə siyasi qiymətin də, məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini bildirdi.
      Sonra “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti” mövzusunda Naftalan şəhər Səməd  Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllimi Sədrəddin Muradov geniş çıxış etdi.Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş  video çarx nümayiş etdirildi.
    Daha sonra tədbir Naftalan şəhər Heydər Əliyev Parkında davam etdirilib. Heydər Əliyev Parkında   Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş rəsamlıq və əl işlərindən ibarət sərgi nümayiş etdirilib.Sərgi şəhər sakinlərinin,yerli və xarici qonaqların böyük marağına səbəb olmuşdur.

 

Keçidlər