Şriftin ölçüsü :

Saytın rəngi :

8, 9, 14, 15 və 19 nömrəli çoxmərtəbəli yaşayış binalarının sakinləri ilə səyyar qəbul-görüş keçirildi

20 iyun 2013 | 15:00

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov növbəti səyyar qəbul-görüşünü  8, 9, 14, 15 və 19 nömrəli çoxmərtəbəli  yaşayış binalarının sakinləri ilə keçirdi. Görüşdə İcra Hakimiyyətinin  məsul işçiləri , hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdi.
Həmişə olduğu kimi bu görüşdə  də şəhər İcra Hakimiyyətinin başçısı sakinlərin problemlərini diqqətlə dinlədi.
     Səyyari görüşdə vətəndaşlar yaşadığı binanın zirzəmisinə çirkab sularının   axıdılmasının qarşısının alınmasına, yaşadığı binanın qarşısının işıqlandırılmasına , I qrup əlillik dərəcəsinin alınması kimi məsələlərə  köməklik göstərilməsini xahiş etmişlər.
      Şəhər İcra Hakimiyyətinin başçısı bütun bu problemlərin həlli üçün müvafiq qurumlara öz tapşırığını verdi.
      Daha sonra   Şəhər İcra Hakimiyyətinin başçısı Qələbə parkında aparılan yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olmuşdur.

Keçidlər