Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş şahmat yarışı keçirilib.

22 may 2018 | 16:00

22 may 2018-ci il tarixdə Naftalan şəhər İ.Nəsimi adına  1 nömrəli  tam orta məktəbdə II - VII  sinif şagirdləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş şahmat yarışı keçirilib.
      Tədbirdə iştirak edən  Naftalan şəhər İcra Hakimiyyətinin  başçısı Rövşən İbrahimov yarış iştirakçılarını təbrik edərək, uğurlar arzuladı.  Məktəbin  direktoru F.Rüstəmov  28 May 1918-ci il tarixində  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə  olduğunu qeyd edərək bildirdi ki,  xalqımız  1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdiklərindən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni,  müstəqil Azərbaycan Dövlətini yaratmışdır.
   Naftalan şəhər İcra Hakimiyyətinin  başçısı Rövşən İbrahimovun iştirakı ilə simvolik olaraq ilk gediş edilərək şahmat turnirinə start verildi. Sonda yarışın qalibləri diplomlarla mükafatlandırıldı. 
      Eyni zamanda məktəbin şagirdlərinin əl işlərindən  ibarət sərgi nümayiş  etdirildi.

Keçidlər