Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnir başa çatdı.

10 may 2018 | 16:00

 Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının  və  şəhər  Gənclər  və İdman idarəsinin təşkilatçılığı  ilə  idarə, müəssisə və təşkilatlar arasında  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə  təşkil olunmuş mini-futbol turnirinin 10 may 2018-ci il tarixdə final görüşü keçirilib.
   Ulu öndərin anadan olmasının 95-ci ildönümünün qeyd edilməsi, gənclərdə yoldaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə keçirilən yarışda I yeri "Qarabag Resort and Spa" komandası, II yeri Yeni Azərbaycan Partiyası Naftalan şəhər Təşkilatının komandası komandası, III yeri  Naftalan şəhər Polis Şöbəsinin  komandası tutmuşdur.Finalda yer tutmuş komandalara  fəxri fərman və  kubok verilib.

Keçidlər