Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Naftalanda təntənə ilə qeyd olunub

10 may 2018 | 16:00

10 may 2018-ci il tarixdə Naftalan şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ümumşəhər  tədbiri  keçirilib. Şəhər rəhbərliyi, şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, eləcə də şəhərə istirahət və müalicəyə gələn qonaqlar Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.
      Abidəni ziyarət etdikdən sonra tədbir iştirakçıları tərəfindən  əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib  və Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın həyatında müstəsna rolundan danışılıb.  
      Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov “Ulu Öndər və Azərbaycan” mövzusunda geniş çıxış edərək Ümummilli Lider Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb.
       Sonda tədbirdə  məktəblilərin ifasında “Daim parlayan Günəş” adlı kompozisiya nümayiş etdirilib.

Keçidlər