Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə silsilə tədbirlər davam etdirilir.

07 may 2018 | 16:00

       07 may 2018-ci il tarixdə Naftalan şəhər İ.Nəsimi adına  1 nömrəli  tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Sən elə bir  zirvəsən” adlı tədbir keçirilib.
Məktəbin direktoru Faiq Rüstəmov  tədbiri giriş sözü ilə açaraq müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi Lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki misilsiz xidmətlərin barədə   danışıb.
Tədbirdə çıxış edən natiqlər  dövlətimizin və dövlətçiliyimizin banisi, Azərbaycan xalqının xilaskarı olan ulu öndər Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edib,  onun zəngin irsinin bütün nəsillər üçün örnək olduğunu diqqətə çatdırıblar. Eyni zamanda məktəbin əl işlərindən  ibarət sərgi nümayiş  etdirildi.
Həmçinin  məktəbin IX-XI sinif şagirdləri arasında “Heydər Əliyev-Azərbaycanın memarıdır” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib.

Keçidlər