Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Aprel döyüşlərinin ikinci ildönümü ilə bağlı tədbir keçirilib

07 aprel 2018 | 16:00

06 aprel 2018-ci il tarixdə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin akt zalında  Aprel döyüşlərinin ikinci ildönümü ilə bağlı “Qəhrəmanlıq tariximiz” adlı tədbir keçirilib. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, şəhərin idarə, müəssisə və təşkilatların nümayəndələri, Aprel döyüşlərində şəhid olan Naftalanlı zabit Vaqif Bayramovun ailə üzvləri, məktəbin müəllim və şagird kollektivi, şəhər ictimaiyyətinin nümayəndələri  iştirak ediblər.
      Tədbir  açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət  himni səsləndirilib. Himnin ardınca şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edənlər şəhid Vaqif Dilqəm oğlu Bayramovun mənalı həyat və şərəfli döyüş yolundan, qəhrəmanlıq və şəhidlik zirvəsinə gedən yol haqqında danışdılar və şəhidlərin xatirəsinin hər zaman xalqımızın qəlbində yaşayacağını söylədilər.
    Tədbirdə şagirdlərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.Sonda iştirakçılara şəhid Bayramov Vaqif Dilqəm oğluna həsr edilmiş sənədli film nümayiş etdirilib.

Keçidlər