Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının milli qurtuluş günü qeyd edildi

15 iyun 2013 | 15:00

15 iyun-Azərbaycan xalqının milli qurtuluş günü ilə əlaqədar 14 iyun 2013-cü il tarixdə  Naftalan şəhərində ümumşəhər  tədbiri keçirildi. Tədbirdə şəhərin idarə, müəssisə  və təşkilat  rəhbərlərinin, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Tədbir iştirakşıları ilk öncə ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla bir daha yad etmişlər.
     Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbiri giriş sozü ilə Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov açaraq  qeyd etdi ki,bu gün xalqımızın  fəlakətdən qurtarıldığı və qüdrətli  bir dövlətin bünövrəsinin qoyulduğu gündür.  Bu müqəddəs günü  tarixə    yazan isə  ümumilli  liderimiz  xalqın xilaskarı Heydər Əliyevdir.
    Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev çıxış edərək  bildirdi ki, 15 iyun 1993-cü il tarixi  Azərbaycanın müstəqil dövlət kimi yüksəlişinin  başlanğıc günü olaraq, tariximizə qızıl hərflərlə əbədi həkk olunmuşdur. Bu gün ümummilli liderin bizlərə ərmağan etdiyi müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, ölkəmiz gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.

Keçidlər