Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı Faciəsi”nin iyirmi altıncı ildönümü ilə əlaqədar şəhərin tam orta məktəblərində anım tədbirləri keçirilib

23 fevral 2018 | 16:00

       21-23 fevral 2018-ci il tarixlərdə şəhərin tam tam orta məktəblərində Xocalı faciəsinin iyirmi altıncı  ildönümü ilə bağlı anım tədbirləri  keçirilib. Tədbirdə çıxış edənlər Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu qeyd etdilər,erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirdilər. Tədbirdə  şagirdlərin ifasında Xocalı faciəsi ilə bağlı ədəbi-bədii kompozisiyalar  nümayiş olunub.Həmçinin məktəblərdə şagirdlərin iştirakı ilə Xocalı faciəsinə həsr edilmiş rəsm müsabiqələri keçirilib. Məktəblərin divar qəzetləri və bülletenləri faciəni əks etdirən məqalələr və fotoşəkillərlə işıqlandırılıb.

Keçidlər