Şriftin ölçüsü :

Saytın rəngi :

Körpələr evi-uşaq bağçasında Xocalı faciəsinin iyirmi altıncı ildönümü qeyd olundu

23 fevral 2018 | 16:00

23 fevral 2018-ci il tarixdə Naftalan şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasında  Xocalı faciəsinin iyirmi altıncı ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə ətraflı məlumat verildi. Bildirildi ki, Xocalı faciəsinə qiymət vermək yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra mümkün oldu. İlk növbədə, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü.
    Sonda uşaqların ifasında ədəbi-bədii kompozisiya təqdim edilmişdir və soyqırıma aid şerlər söylənilmişdir.

Keçidlər