Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Naftalan şəhər İcra Hakimiyyəti başçısının şəhər sakinlərinə təbriki

29 dekabr 2017 | 16:00

        Əziz naftalanlılar!
Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il - 2018-ci il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bildiyiniz kimi xalqımız 31-dekabrda iki  bayram günü yaşayır. Belə ki, 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə yanaşı Yeni ilin gəlişi də böyük sevinclə qeyd edilir. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Hər birimiz üçün əziz və doğma olan bu bayram Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu barədə ilk qərar 1991-ci ilin dekabr ayının 16-da Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmiş və artıq 26 ildir ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər.
    Yola salmağa hazırlaşdığımız 2017-ci il Naftalan şəhəri üçün sosial-iqtisadi sahədə qazanılan bir çox uğurlarla əlamətdar və yadda qalan olmuşdur. Qarşıdan gələn 2018-ci  ildə də ölkə prezidentinin təsdiq etdiyi dövlət proqramlarına uyğun olaraq hər bir sahədə yeni layihələr reallaşdırılacaq və  nəzərdə tutulan işlər uğurla yerinə yetiriləcəkdir.
      Hörmətli şəhər sakinləri!
    Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və firavan günlər arzulayıram.

Keçidlər