Şriftin ölçüsü :

Saytın rəngi :

Körpələr evi-uşaq bağçasında Yeni il şənliyi keçirilib

28 dekabr 2017 | 16:00

28 dekabr 2017-ci  il tarixdə  Naftalan şəhər V.Namazov adına körpələr evi-uşaq bağçasında “31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü” və “Yeni il bayramı” münasibətilə bayram şənliyi keçirilib.
     Körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Hüseynova tədbiri açıq elan edərək qonaqları salamlayıb və qarşıdan gələn bayramlar müasibətilə ən səmimi arzularını çatdırdı.
    Tədbirdə çıxış edən Naftalan şəhər İcra Hakimiyyətinin nümayəndəsi Cəmilə Məmmədova uşaqları “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il bayramı” münasibətilə təbrik etdi, onlara can sağlığı, xoşbətlik və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əksik olmamasını arzuladı.
    Daha sonra uşaqların ifasında  Yeni İlə həsr olunmuş azərbaycan, rus və ingilis dillərində söylənilən şerlər,  mahnılar, eləcə də  nümayiş etdirilən   mili  və xarici  rəqs nömrələri  alqışlarla qarşılanıb. Balacaların nümayiş etdirdiyi yeni il səhnəcikləri  maraqla izlənilib.
    Tədbirdə  şaxta babanın və qar qızın hədiyyələrlə şənliyə gəlməsi, uşaqların bayramını təbrik edərək hədiyyələr paylaması və  uşaqlarla  rəqs  etməsi onların daha da  sevincinə səbəb olub.

Keçidlər