Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər İ.Nəsimi adına 1 nomrəli tam orta məktəbdə şəhid Vaqif Bayramovun doğum günü münasibətilə tədbir keçirilib

25 dekabr 2017 | 16:00

   25 dekabr 2017-ci il tarixdə Naftalan şəhər İ.Nəsimi adına 1 nomrəli tam orta məktəbin akt zalında şəhər İcra Hakimiyyəti, şəhər 1 nömrəli tam orta məktəbin ,“ Vətən eşqi və Şəbəkə TV”-nin təşkilatçılığı ilə şəhid Bayramov Vaqif Dilqəm oğlunun doğum gününə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, şəhərin idarə, müəssisə və təşkilatlarının nümayəndələri, “Vətən Eşqi” layihəsinin rəhbəri Atlas Xanlarqızı, şəhidin ailə üzvləri, məktəbin müəllim və şagird kollektivi, şəhər ictimaiyyətinin nümayəndələri  iştirak ediblər.
       Tədbir  açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət  himni səsləndirilib. Himnin ardınca şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
      Tədbiri giriş sözü ilə açan Naftalan şəhər İ.Nəsimi adına 1 nomrəli tam orta məktəbin direktoru Faiq Rüstəmov şəhid Vaqif Dilqəm oğlu Bayramovun mənalı həyat və şərəfli döyüş yolundan danışdı.
      “Vətən Eşqi” layihəsinin rəhbəri Atlas Xanlarqızı çıxış edərək qəhrəmanlıq və şəhidlik zirvəsinə gedən yol haqqında danışmış, şəhidlərin xatirəsinin hər zaman xalqımızın qəlbində yaşayacağını söyl’di. Atlas Xanlarqızı Azərbaycan Ordusunun qüdrətindən, gənclərimizin Vətən sevgisindən, əsgərlərimizin döyüşlərdəki şücaətindən fəxarətlə danışdı.
     Tədbirdə şəhid Vaqif Bayramov qızı Zeynəb Bayramova şəhidlər haqqında  şeir söylədi. Həmçinin şagirdlərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
       Sonda iştirakçılara “Vətən eşqi və Şəbəkə TV”-nin birgə hazırladığı şəhid Bayramov Vaqif Dilqəm oğluna həsr edilmiş sənədli film nümayiş etdirilib.
      Şəhid ailələrinin nümayəndələri şəhidlərin xatirəsini əziz tutduqlarına görə tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər