Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın populyar “NipponTV” telekanalında Naftalan haqqında məlumat yayımlanıb

17 dekabr 2017 | 16:00


       Yaponiyanın populyar “NipponTV” telekanalında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb.
Məşhur aparıcı xanım İmoto tərəfindən hazırlanan verilişlər təqribən 30 milyon tamaşaçı tərəfindən izlənir və çox yüksək reytinqə malikdir.
      Çəkiliş qrupunun Azərbaycana səfəri zamanı hazırlanan proqramda milli musiqimizin sədaları altında Bakı şəhərinin gözəlliyindən danışılıb, görməli yerləri tamaşaçılara təqdim edilib. Əsasən əyləncəli xarakterdə hazırlanan verilişdə Xəzər dənizində yerləşən Neft daşları, Azərbaycanın dünyanın enerji təhlükəsizliyində oynadığı böyük rol haqqında da geniş məlumat verilib. Azərbaycanda yerləşən təbiət möcüzələri - Naftalan, Yanar dağ və palçıq vulkanları haqqında məlumatlar verilişin iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.
     Veriliş Azərbaycanın Yaponiyadakı səfirliyinin “Nippon TV” telekanalı ilə mütəmadi əməkdaşlığı nəticəsində həmin telekanalın əməkdaşlarının noyabrın 1-dən 10-dək ölkəmizə baş tutan səfəri nəticəsində ərsəyə gəlib.

 

Keçidlər