Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib

08 dekabr 2017 | 16:00

08 dekabr 2017-ci il tarixdə Naftalan şəhər S.Vurğun  adına 2 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə “Tarixin ən böyük siyasətçisi” mövzusunda tədbir keçirilib.
    Tədbiri məktəbin direktoru Adilə Bağırova açaraq Ulu Öndərin həyat və fəaliyyətindən,  elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz  xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq işlərindən danışıb.
     Daha sonra çıxış edənlər Ümummilli liderin  xüsusilə elm və təhsilin inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyini qeyd ediblər. Sonda məktəbin şagirdləri Ulu Öndər haqqında hazırladıqları kompozisiya ilə çıxış ediblər.

Keçidlər