Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər davam etdirilir

11 dekabr 2017 | 16:00

 11 dekabr 2017-ci il tarixdə Naftalan şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə şəhərin tam orta məktəblərinin bir qrup şagirdi Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə Naftalan şəhər Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
     Burda şagirdlər   Ulu Öndərin  zəngin həyat  və fəaliyyətini  əks etdirən  eksponatlarla və fotolarla  tanış oldular. Heydər Əliyev Mərkəzinin  direktoru Elman Alıyev  tərəfindən şagirdlərə  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ömür yolu, siyasi fəaliyyətini özündə əks etdirən eksponatlar, kitablar və fotolar haqqında ətraflı məlumat verildi.
    Sonra Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Sədrəddin Muradov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda geniş çıxış etdi.

Keçidlər