Şriftin ölçüsü :

Saytın rəngi :

Çoxmənzilli yaşayış binalarının qarşısında ağac əkini davam etdirilir.

07 dekabr 2017 | 16:00

  Naftalan şəhərində son illər ərzində bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib. Bu işlərin başa çatması ilə şəhərin estetik gözəlliyinin bərpasına başlanılmışdır. Belə ki, küçələrdə, çoxmənzilli yaşayış binalarının qarşısında səliqə-səhman yaradılmış, abadlıq və yenidənqurma işləri xüsusi diqqət mərkəzində saxlanılmışdır. Naftalanın kurort iqlimini qorumaq üçün şəhərin müxtəlif yerlərində, çoxmənzilli yaşayış binalarının qarşısında ağac əkini davam etdirilmişdir.Dekabr ayının əvvəlindən bugünədək 150-dən cox çinar ağacı əkilib. 

Keçidlər