Şriftin ölçüsü :

Saytın rəngi :

9 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə şagirdlər arasında şeir müsabiqəsi keçirilib

07 noyabr 2017 | 16:00

  07 noyabr 2017-ci il tarixdə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə şəhərin tam orta məktəblərinin şagirdləri arasında şəhər İcra Hakimiyyətinin, şəhər Təhsil şöbəsinin və  şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə “Mənim  bayrağım” adlı şeir müsabiqəsi keçirilib. Naftalan şəhər Təhsil şöbəsinin müdir əvəzi Rəna Dəmirova çıxış edərək müsabiqənin keçirilməsində əsas məqsədin şagirdlər arasında dövlət atributlarının təbliğinə nail olmaq, istedadlı şagirdlərin  şeir sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasından ibarət olduğunu bildirdi. Daha sonra çıxış edənlər Azərbaycan gəncliyinin milli-mənəvi ruhda tərbiyə olunmasında Ulu Öndər Heydər Əliyev və Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi əvəzolunmaz işlərlə gənclərə doğru yol göstərdiyini diqqətə çatdırıblar.
       Müsabiqədə I yeri S.Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdi Paşayeva Səidə İmran qızı, II yeri İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin şagirdi Verdiyeva Ülkər Siyavuş qızı, III yeri S.Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdi Hacıyev Əli Müqabil oğlu tutublar. Müsabiqədə yer tutan şagirdlər diplom və fəxri fərmanlarla mükafatlandırıldı.

Keçidlər