Şriftin ölçüsü :

Saytın rəngi :

Körpələr evi-uşaq bağçasında 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

07 noyabr 2017 | 16:00

      07 noyabr 2017-ci il tarixdə Naftalan şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasında 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Hüseynova açaraq bayrağımızın yaranma tarixindən,rənglərin mənalarından danışdı.Həmçinin qeyd etdi ki, üçrəngli bayrağın dövlət rəmzi kimi bərpası təşəbbüsünü ilk dəfə Ulu Öndər Heydər Əliyev irəli sürüb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı cənab Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
     Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Uşaqlar bayrağımız haqqında şerlər söyləyib, mahnılar oxuyublar.

Keçidlər