Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda ərazi qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib

06 oktyabr 2017 | 16:00

    06 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunları Mülki müdafiə idarəsinin Gəncə Regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin 2017-ci tədris ili üçün tədbirlər planına müvafiq olaraq Naftalan şəhərində ərazi qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib.
        Məşqə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələri, ictimai asayişi mühafizə qrupu,yanğın təhlükəsizliyi qrupu,qaz qəza-bərpa  dəstəsi, elektrik qəza-bərpa dəstəsi, su və kanalizasiya qəza- texniki dəstə, rabitə və xəbərdarlıq qrupu, şəhər  xəstəxanasının həkim və təcili yardım briqadası, GEM epidomoloji kəşfiyyat qrupu, ərazi xilasetmə dəstəsi və ərazi kəşfiyyat dəstələrinin şəxsi heyəti və texnikaları cəlb olunmuşdur.
        Məşqin gedişinə Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunları Mülki müdafiə idarəsinin Gəncə Regional fövqəladə hallar və mülki müdafiə şöbəsi tərəfindən baxış keçirilib.
       Məşq zamanı şəhər  ərazi qüvvələrinin qarşılıqlı fəaliyyəti təşkil edilib, qoyulmuş məqsədlərə nail olunub.

 

Keçidlər