Şriftin ölçüsü :

Saytın rəngi :

“5 Oktyabr- Beynəlxalq müəllimlər günü” Naftalan şəhərində qeyd olundu

05 oktyabr 2017 | 16:00

05 oktyabr 2017-ci il tarixdə Naftalan şəhərinin tam orta məktəblərində “5 Oktyabr- Beynəlxalq müəllimlər günü” münasibətilə tədbir  keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyəti aparatının məsul işçiləri, müəllimlər, təhsil işçiləri və şagirdlər iştirak ediblər.  Naftalan Şəhər İcra Hakimiyyətində ictimai- siyasi və humanitar məsələlər üzrə işin aparıcısı – baş məsləhətçi Afət Mustafayeva  çıxış edərək təhsil işçilərinə peşə bayramı münasibətilə şəhər İcra Hakimiyyətinin Başçısı Natiq Aslanovun təbrikini çatdırmış, onlara yeni tədris ilində müvəffəqiyyətlər arzulamışdır.
        Bayram münasibətilə qabaqcıl müəllimlərin bir qrupuna Naftalan şəhər Təhsil şöbəsi tərəfindən           “Fəxri fərman”lar və diplomlar təqdim olundu.
       Sonda şagirdlərin  ifasında ədəbi-bədii kompozisiya nümayiş olundu.

Keçidlər