Şriftin ölçüsü :

Saytın rəngi :

Özbəkistan portalı müalicəvi Naftalan nefti haqqında yazdı

24 avqust 2017 | 16:00

 Özbəkistanın Kultura.uz portalı möcüzəli və şəfaverici Naftalan nefti haqqında rus dilində geniş məqalə yayıb.
      Məqalədə bildirilir ki, Naftalan Müstəqil Dövlətlər Birliyinin ən yaxşı sanatoriyalarından biri kimi tanınır və bu neftin müalicəvi xüsusiyyəti haqqında hələ italyan tacir və səyyah Marko Polo məlumat verib.
      Naftalanın tarixi 1873-cü ildən başlayır. O vaxt müalicəvi neft quyulardan kustar üsulla çıxarılıb. Naftalan sanatoriyası isə 1926-cı ildən fəaliyyət göstərir.
      Məqalədə deyilir ki, 1847-ci ildə Almaniyadan gəlmiş Yaqer adlı mühəndis bu neftdən məlhəm hazırlayıb və bütün dünyaya ixrac edilib. Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri, eləcə də qaraciyər xəstəliklərinin dərmanıdır. Dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsində bu neft əvəzsiz vasitədir.
      Bu neft vasitəsilə 70-ə yaxın xəstəlik müalicə edilir .“Qara qızıl çeşməsi” adını alan Naftalan Bakıdan 320 kilometrlik məsafədə yerləşir.
     Məqalədə qeyd edilir ki, 2005-ci ildən başlayaraq Naftalanda sanatoriyalar yenidən qurulub, müasir otellər tikilib.

Keçidlər