Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər ümumtəhsil məktəblərinin 28 məzunu ali məktəblərə daxil olub.

21 avqust 2017 | 16:00

2016-2017-ci tədris ilində Naftalan şəhərinin ümumtəhsil məktəblərinin 11-ci sinfini 62 şagird bitirib.Həmin məzunlardan 28-i respublikanın müxtəlif ali məktəblərinə qəbul olunublar. Onlardan 1-i 600-dən, 7-si 500-dən, 1-i 400-dən, 6-sı 300-dən, 12-si isə 200-dən yüksək bal toplayıb.
   Naftalan üzrə ən yüksək nəticəni Zaməddin Rüstəmov adına Qaşaltı Qaraqoyunlu tam orta məktəbin məzunu Səməd Səmədov göstərib. O, 610 bal toplayaraq Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.
    Naftalandan bu il ali təhsil müəssisələrinə qəbulolma göstəricisi 46 faiz olub. Bu, ötən illə müqayisədə 6 faiz çoxdur.

Keçidlər