Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər Uşaq Musiqi Məktəbinin yetirməsi İsveçrədə keçirilən müsabiqədə ikinci yerə layiq görülüb.

11 iyul 2017 | 16:00

Naftalan Şəhər Uşaq Musiqi Məktəbinin yetirməsi, gənc pionoçu Brilyant Məmmədli İsveçrədə keçirilən müsabiqədə ikinci yerə layiq görülüb

Naftalan Şəhər Uşaq Musiqi Məktəbində təhsil alan gənc pianoçu Brilyant Məmmədli növbəti uğura imza atıb.
11 yaşlı pianoçu İsveçrənin Val de Traver regionunda keçirilən “Gənc ifaçıların beynəlxalq müsabiqəsi”ndə iştirak edib. Həmin məktəbin müəllimi Xatirə Qəmxarovanın yetirməsi olan pianoçu müsabiqədə İ.S.Bax, V.A.Motsart və Niyazinin əsərlərini məharətlə ifa edərək münsiflər heyətinin rəğbətini qazanıb. B.Məmmədli müsabiqədə ikinci yerə layiq görülüb.
Qeyd edək ki, gənc musiqiçi ötən il Vyanada “Edelvays” beynəlxalq müsabiqəsində də ikinci yeri tutub.

Keçidlər